İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ elan etdi - Çin bu ölkəyə təzyiq göstərir

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Vaşinqton administrasiyası ilə münasibətlərinə görə Çin tərəfindən tənqid edilən Cənubi Koreyanın öz xarici siyasət qərarlarını vermək hüququna malik suveren bir dövlət olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Kirbi mətbuat konfransında Cənubi Koreyanı ABŞ-ın tərəfində olmaqda günahlandıran Çinin Seuldakı səfiri Şinq Hayminq haqqında münasibət bildirib.

Ağ Ev rəsmisi bildirib ki, çinli diplomat Seula təzyiq göstərməyə cəhd edə bilər.

Cənubi Koreyanın "suveren, müstəqil dövlət və fövqəladə müttəfiq" olduğunu vurğulayan Kirbi Seul rəhbərliyinin "uyğun gördüyü xarici siyasət qərarlarını vermək hüququna malik olduğunu" vurğulayıb. O əlavə edib ki, ABŞ Ukraynaya verdiyi dəstəyə görə Cənubi Koreyaya xüsusilə minnətdardır.

Qeyd edək ki, Çinin Seuldakı səfiri Şinq Seul hökumətini Pekinlə münasibətlərini pis vəziyyətə salmaqda günahlandırıb və Seul-Vaşinqton yaxınlaşmasından "olduqca narahat olduğunu" bildirib. Bundan sonra səfir Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb. Cənubi Koreyanın baş naziri Han Duck-soo parlamentin iclasında Şinqin şərhlərini "son dərəcə yersiz" hesab etdiyini bildirib.

Çinin Seuldakı səfirinin Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılmasına cavab olaraq, dünən Cənubi Koreyanın Pekindəki səfiri Çunq Jae-ho da Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR