İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibi Polşada səfərdədir

ABŞ Dövlət katibi Antoni Blinken Polşanın paytaxtı Varşavada səfərdədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfirliyi “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

“Bu səfər ABŞ və Polşa arasında sıx və davamlı tərəfdaşlığı bir daha təsdiqləyir. Ukraynaya dəstəyimizə olan sadiqliyi vurğulayır”, - paylaşımda qeyd edilib.

Daha əvvəl ABŞ Dövlət Departamenti A.Blinkenin səfər zamanı Polşa hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşəcəyini və bir sıra məsələləri, o cümlədən müdafiə və energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə Ukraynaya hərbi dəstək kimi məsələləri müzakirə edəcəyini açıqlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR