İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibi İsrailin İrana endirdiyi zərbələrə münasibət bildirib

ABŞ-nin İrana zərbələrlə heç bir əlaqəsi yoxdur və Vaşinqtonun prioriteti regionda Amerika qüvvələrinin müdafiəsi olaraq qalır.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“İsrail Vaşinqtonu əməliyyatın özünümüdafiə üçün zəruri hesab etdiyini bildirib. Bizim İrana zərbələrlə heç bir əlaqəmiz yoxdur və ən yüksək prioritetimiz bölgədəki qüvvələrimizin müdafiəsi olaraq qalır. ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Amerika qüvvələrini qorumaq üçün bütün lazımi tədbirləri görüb”, - deyə o bildirib.

O, İranı ABŞ-ın maraqlarına toxunmamağa və Amerika hərbçilərinə zərər verməməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR