İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti: Türkiyənin özəl sektoru Rusiyaya qarşı sanskiyalara uyğun hərəkət edir

"Türkiyə Ukrayna-Rusiya münaqişəsində bir çox cəhətdən əhəmiyyətli rol oynayır".

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Sanksiyaların Koordinasiyası Ofisinin rəhbəri, səfir Ceyms O'Brayen xarici jurnalistlər üçün təşkil olunan onlayn brifinqdə deyib.

Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları verdiyini xatırladan ABŞ diplomatı bu yardımın döyüş meydanında Ukrayna üçün çox vacib olduğunu vurğulayıb: "Həmçinin, Türkiyə BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsünün sponsoru və vasitəçisidir. Aydındır ki, Qara dənizdən keçən istənilən ixracat boğaz vasitəsilə ilə getməlidir, ona görə də Türkiyənin bu münaqişənin həm humanitar, həm də hərbi aspektlərində çox mühüm rolu var".

Diplomat deyib ki, ABŞ həm Türkiyə hökumətinə, həm də Türkiyənin özəl sektoruna Rusiyaya qarşı tətbiq olunan sanksiyalara onların da əməl etməsi barədə çağırış edib: "Biz bunu onlardan gözlədiyimizi çox açıq şəkildə bildirmişik. Biz Türkiyənin özəl sektorunun bu məsələdə çox aydın mövqe nümayiş etdirdiyini və əksəriyyətin bu çağırışa uyğunlaşdığını görürük. Növbəti aylarda da bəzi gözləntilərimiz var. Birincisi, sanksiyalara əməl olunduğunu görmək üçün Türkiyə səlahiyyətliləri və özəl sektorla yaxından təmasda olmağa davam edəcəyik və uyğunsuzluq olduqda buna cavab olaraq bəzi tədbirlər görüləcək", - o vurğulayıb.

Sanksiyaların Koordinasiyası Ofisinin rəhbəri Türkiyənin Rusiya neftinin qiymət həddi ilə bağlı G7-nin qərarına necə reaksiya verəcəyi barədə müzakirələr getdiyini əlavə edib. "Bizim gözləntimiz odur ki, Çin, Hindistan və Türkiyə Rusiya neftinin əsas alıcıları kimi özləri üçün də çox sərfəli qiymət barədə danışıqlar aparacaq və bu rəqəm bizim qəbul etdiyimiz qiymət həddi altında olacaq". O əlavə edib ki, bu ölkələr Rusiya nefti üçün müəyyənləşdirilən qiymət həddi koalisiyasına qoşulmayıb.

ABŞ diplomatı əlavə edib ki, Rusiyaya qarşı sansksiyalarla bağlı gələcəkdə də Türkiyə ilə məsləhətləşmələr davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR