İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “dərin dövləti” Trampın “qələmini” niyə qırıb?

Azərbaycanda iki onillik bundan öncə prezident seçkisi ilə bağlı həbs edilənlərin məhkəməsində belə bir məşhur mükalimə olmuşdu. İfadə verən şahiddən hakim soruşmuşdu ki, hadisəni görübmü? O da fərqinə varmadan “biz meydana gələndə hadisəni maşına qoyub apardılar” demişdi...

Aradan uzun müddət keçib, amma xatırladığım hekayə belədir, ola bilsin, fərqli versiya da var. Əsas bu deyil. Maraqlı olan seçkidə iğtişaş mövzusunu indi Amerikadakı hadisələr konteksində xatırlamağımızdır. Bir neçə il əvvələdək bizə demokratiya, azad seçki dərsi keçən ABŞ-da seçkidə iğtişaşlar törətdiyi ittihamı ilə Donald Trampı növbəti prezidentlik yarışından çıxarmağa cəhd edilir. Hadisə budur...

Hələ ki, Kolorado ştatının Ali Məhkəməsi Trampın prezidentliyə namizədliyini qadağan edib. Qərara əsasən, Trampın konkret olaraq bu ştatda seçkidə iştirak hüququ yoxdur və Respublikaçılar Partiyasının praymerizlərində(partiyadaxili erkən seçki) adı səsvermə bülletenindən çıxarılmalıdır. 

orig-1604931865qz6Rj4F8d2eKEEx4tIrJyoaM7g9gxE2rhArJM5E1.jpeg (861 KB)

Məhkəmə ABŞ Konstitusiyanın qiyam və ya üsyan iştirakçılarının dövlət vəzifələrində işləməsini qadağan edən 14-cü düzəlişin 3-cü bəndinə istinad edib. Bu, ABŞ tarixində ilk belə məhkəmə qərarıdır. Qərara səbəb prezident seçkisindən sonra Tramp tərəfdarlarının nəticələrə etiraz olaraq Kapitoliyaya hücumu, iğtişaşlar törətmələridir. 2023-cü ilin avqustunda Trampa iğtişaşlara görə ittiham da irəli sürülüb.

İndi əsas sual budur ki, ABŞ Ali Məhkəməsi Kolorado ştatının qərarını bütün ölkədə tətbiqini sanksiyalaşdıra bilərmi? Ştatın verdiyi qərar yanvarın 4-dən sonra qüvvəyə minəcək. Trampın vəkilləri Koloradoda verilmiş qərarı ləğv etmək ümidi ilə ABŞ Ali Məhkəməsinə müraciət etməyi planlaşdırır. Lakin iddia rədd edilərsə, digər ştatlar da, hətta ABŞ Ali Məhkəməsi də bu presedenti nəzərə alaraq Trampın seçkilərdə iştirakını bütün ölkədə qadağan edə bilər. 14-cü düzəlişin 3-cü bəndi Trampa Senatda və Nümayəndələr Palatasında səslərin üçdə ikisini almaqla qadağa əngəlini aşmaq imkanı tanıyır, amma şübhələr var ki, sabiq prezident bu yolla hüquqi maneəni aşa bilər.  

EdDFGcA.jpg (446 KB)

Məlumatlara görə, Tramp seçkidə iştirakına qarşı olan təkcə demokratlar deyil, mərkəzçilər və hətta bəzi mötədil respublikaçılar da onun növbəti dəfə namizəd olmasını istəmir. ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, həmçinin keçmiş vitse-prezidenti Dik Çeyninin qızı Liz Çeyni kimi nüfuzlu respublikaçılar da Trampın namizəd olmasını dəstəkləmir.

Doqquz hakimdən ibarət ABŞ Ali Məhkəməsinin nə qərar verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amerikanın “dərin dövləti” Trampa qarşı indi deyil, prezident olandan mübarizə aparır. Onun seçkidə Hillari Klintona qalib gəlməsi Baydenin qələbəsi kimi olmuşdu. Seçici səsi çox olan yox, yerli nümayəndələrin verdiyi səs prezidentlik yarışının taleyini müəyyən etmişdi. Trampın 4 illik prezidenti həm də o ittihamla keçdi ki, seçkilərə Rusiya hakerlərinin müdaxiləsi olub, Putinin adamıdır və sairə. Amma məncə, onun “ABŞ dünyada üstünə vəzifəsi olmayan işlərə müdaxilə etməyəcək” bəyanatı bitirdi. Amerika “dərin dövləti”nin kəndirini kəsmək qərarı idi bu... ABŞ okeanın o tayında oturub öz problemləri ilə məşğul olacaqsa, o zaman Amerika kimə gücünü göstərəcək, kimə sözünü keçərəcəkdi? Trampın “qələmini” Amerika imperialist düşüncəsinə zidd olan siyasətinə görə qırdılar. Növbəti seçkidə də ikinci dəfə prezident olmasına imkan vermədilər. Tramp dedi ki, seçkilər saxtalaşdırılıb, tərəfdarları da etiraza qalxdılar, iğtişaş törətdilər, hətta ölən(lər) də oldu. Trampın yerinə gələn Bayden dərhal bu siyasətə düzəliş etdi, “Amerika hər yerdə var” dedi, saxta erməni soyqırımı qərarı ilə başladı, sonra Ukrayna və sairə... 

1611660995_e-news.su_11109.jpg (396 KB)

Baydenin də növbəti seçkidə iştirakı haqda indidən nəsə demək çətindir. Amma ABŞ-ın indiki prezidentinin “hadisəni maşına qoyub apardılar” deyən azərbaycanlı şahiddən nə fərqi var ki?

 

Nazim SABIROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR