İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən qovulan miqrantlar Panamada çarəsiz qalıb

ABŞ 300-ə yaxın insanın ölkə ərazisinə daxil olmasını qeyri-qanuni sayaraq, onları Panamaya deportasiya edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “qeyri-qanuni mühacirlər” Qərb ölkələrinin səfirlikləri arasında viza axtarmağa tələsir, BMT-dən kömək istəyirlər, lakin onların səyləri hələlik nəticəsiz qalıb.

Bildirilir ki, beynəlxalq humanitar təşkilatlar Əfqanıstan, İran, Rusiya və Çindən olan qaçaq miqrantlara əvvəl qayğı göstərirdilərsə, indi onlar özlərini tərk edilmiş hiss edirlər.

Deportasiya aktı hələ fevral ayında baş verib. Deportasiya edilənlərdən bəziləri öz ölkələrinə qayıtmağa razılıq veriblər. Panama hakimiyyəti qalanları cəngəllikdəki düşərgəyə yerləşdirib. Mart ayında hökumət qaçqınları düşərgədən sərbəst buraxıb və onlara bir ay ərzində Panamadan çıxmağı əmr ediv. İspan dilini bilmədikləri və cüzi vəsaitə malik olduqları üçün onlar Kanada, İngiltərə, Avstraliya və İsveçrənin diplomatik nümayəndəliklərinə müraciət ediblər. Diplomatik korpuslarda onlara ya qapını göstərdilər, ya da zəng edib e-poçt göndərmələrini istəyiblər. Amma onların mesajlarına cavab verilməyib, ya da avtomatik cavab verən telefonda səfirliyin kömək edə bilməyəcəyi bildirilib.

Rus Aleksandr Surgin bundan sonra nə edəcəyini bilmədiyini söyləyib. Əfqan Hayatullah Omah ateist və xəzəri etnik azlığına mənsub olduğunu bildirib. Onun sözlərinə görə, mövcud “Taliban” rejiminin dövründə Əfqanıstana qayıtmaq ölüm deməkdir. BMT-nin Qaçqınlar üzrə Agentliyinin rəhbəri də problem içində olan insanlara heç bir əməli yardım göstərə bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR