İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də sənəd sızmasının mənbəyi MKİ ola bilər

Sosial şəbəkələrdə ortaya çıxan ABŞ-yə məxsus məxfi sənədlərin sızmasının mənbəyi Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) və ya ABŞ-nin Milli Təhlükəsizlik Agentliyində (MTA) ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, internetdə ortaya çıxan sənədlərin əksəriyyəti xüsusi qorunan planşetlərə elektron şəkildə göndərilən Pentaqonun məxfi hesabatlarıdır. Belə hesabatların alıcıları təxminən 5 min nəfər ola bilər. Bununla belə, “Fox News”un qeyd etdiyi kimi, bəzi sənədlər, görünür, Pentaqon tərəfindən deyil, MKİ və ya MTA tərəfindən hazırlanıb. Onlar ABŞ Müdafiə Nazirliyinin məxfi hesabatlarına daxil edilmir, onları alanların dairəsi daha kiçikdir. Pentaqonun kəşfiyyat hesabatlarına çıxışı məhduddur.

Buna əsaslanaraq kanal belə qənaətə gəlib ki, Amerika kəşfiyyat təşkilatlarından birinə aid daha dar qruplaşmanın nümayəndəsi sızma mənbəyinə çevrilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR