Onlayn ictimai-siyasi qəzet
ABŞ Ticarət nazirliyi bu yaxınlarda Rusiyaya gedən və ixracat nəzarəti qaydalarını pozan 100-dən çox təyyarəyə xidmət göstərilməsini qada]an edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hazırda buraya “Aeroflot”, “AirBridge Cargo”, “Utair”, “Nordwind”, “Azur Air” və “Aviastar-TU” şirkətlərinin, həmçini Roman Abramoviçin “Gulfstream G650” təyyarəsi də daxildir.
Bütün bunlar Rusiya şirkətlərinin beynəlxalq reysləri həyata keçirməsinə ciddi əngəl törədəcək.
ABŞ Ticarət nazirliyi bütün dünyadakı aviasiya firmalarını bununla bağlı ciddi xəbərdarlıq edib. Bundan sonra Rusiya təyyarələrini benzinlə təmin edən,onlara texniki xidmət göstərən, ehtiyat hissələri verən ciddi sanksiyalara məruz qalmaqla bərabər, ağır cərimələr ödəyə, müəyyən üstünlüklərdən məhrum oluna bilər.
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ