İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ukraynaya əks-hücum çağırışı - TƏLƏSİN!

Co Bayden administrasiyası Ukrayna hakimiyyətini əks-hücumun təşkilində gecikməməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytının Baydenin Polşaya səfərinə həsr olunmuş geniş materialında qeyd olunub.

Səfər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının birinci ildönümünə təsadüf edir və prezidentin bu dəfə də ölkəyə güclü dəstək verəcəyi gözlənilir.

“Politico”nun yazdığına görə, bir çox ABŞ rəsmiləri hesab edir ki, cəbhədəki hadisələr hazırda kritik mərhələyə qədəm qoyur. Onların fikrincə, Ukrayna ötən ilin payızında əldə etdiyi uğurları möhkəmləndirmək üçün əks-hücum təşkil etməyə tələsməlidir. Digər amil zamandır: Vaşinqton ehtiyat edir ki, Avropa ölkələrinin göstərdiyi dəstəyin səviyyəsi müəyyən müddətdən sonra azala bilər və Qərbin Ukraynaya silah axını azalacaq.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü İtaliya mediasına müsahibəsində Ukraynanın qələbə ilə başa çatmalı olan “qısa müharibəyə” hazırlaşdığını bildirib. Zelenski 2014 və 2015-ci illərdə bağlanmış Minsk razılaşmalarının Rusiyaya Ukraynaya hücuma hazırlaşmaq üçün vaxt verdiyini qeyd edərək, münaqişənin dondurulmasına qarşı çıxıb. O, həmçinin Ukraynanın əks-hücuma hazırlaşdığını təsdiqləyib. Zelenski bununla bərabər Ukrayna qoşunlarının Baxmutdan geri çəkilmək ehtimalını da dilə gətirib.

Xatırladaq ki, Donetsk vilayətində bu şəhər uğrunda döyüşlər 6 aydan çoxdur davam edir. Zelenskinin sözlərinə görə, Ukrayna şəhəri müdafiə edəcək. “Lakin nəyin bahasına olursa olsun və hamının ölməsi üçün deyil. Biz nə qədər lazımdır, o qədər döyüşəcəyik. Ruslar bundan sonra Kramatorsk və Slavyanska, Donbas sərhədlərinə və Dneprə qədər hücumu davam etdirmək istəyirlər", - deyə Vladimir Zelenski bildirib.

Lakin Ukraynanın əks-hücuma keçməsi üçün ona daha çox ağır silah lazımdır. Britaniyanın “The Times” qəzetinin yazdığına görə, yaxın zamanlarda Qərbin Ukraynaya 320-dək tank təqdim edəcəyi gözlənilirdi. Lakin hazırkı hesablamalar aprelin əvvəlinə qədər cəbhə xəttinə cəmi 50 döyüş maşınının çatacağını göstərir. Qəzetin qeyd etdiyi kimi, az sayda tankın hərbi əməliyyatların gedişatına həlledici təsir göstərməsi ehtimalı azdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR