Onlayn ictimai-siyasi qəzet
ABŞ-dan Parisə uçan "Delta Air Lines" təyyarəsində təhlükəsizlik qaydalarının pozulması ilə bağlı ciddi bir insident baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Federal rəsmilərin açıqlamasına görə, şəxsiyyət vəsiqəsi və bileti olmadan bir sərnişin təyyarəyə daxil ola bilib. Onu yalnız uçuş zamanı aşkarlaya biliblər.
Hadisə Nyu-Yorkdan Parisə uçan "Delta" reysi zamanı təyyarənin pilotunun sərnişinlərə əlavə bir nəfərin uçuşda iştirak etdiyini elan etməsi ilə ortaya çıxıb.
"Delta Air Lines" hadisə ilə bağlı dərhal araşdırma başladığını və təyyarəyə necə icazəsiz daxil olunduğunun araşdırıldığını bildirib.
Məlumata görə, insident uçuşun təhlükəsizliyinə birbaşa təsir etməsə də, hava limanı yoxlama prosedurlarında ciddi çatışmazlıqların olduğunu göstərir. Ekspertlər bu insidentin həm ABŞ hava limanlarının, həm də aviaşirkətlərin təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsini zəruri etdiyini bildirirlər.
İcazəsiz sərnişinin motivləri və təyyarəyə necə daxil olması hələlik məlum deyil.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ