Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası İsrailə “Hizbullah” lideri Həsən Nəsrullahın dəfn mərasimi zamanı təşkilatın yüksəkvəzifəli üzvlərinə hücum üçün “yaşıl işıq” yandırıb, lakin İsrail bu addımdan imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Channel 14" telekanalı məlumat yayıb.
Məlumata görə, Donald Trampın administrasiyasının yüksəkvəzifəli nümayəndəsi dəfn mərasimi ərəfəsində İsrailə Vaşinqtonun bu hücumu təkcə dəstəklədiyini deyil, eyni zamanda bu addımdan məmnun qalacağını bildirib.
Lakin İsraildə aparılan müzakirələrdən sonra hücum planından imtina edilib və bunun əvəzinə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrutda keçirilən vida mərasimi zamanı stadionun üzərindən səsdən sürətli uçuş həyata keçiriblər.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ