İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İranın PUA üçün işlətdiyi ehtiyat hissələri ilə bağlı SANKSİYA

 

İranın Rusiyaya PUA təchizatını dayandırmaq məqsədilə, Bayden administrasiyası İranın PUA istehsalında istifadə olunan ehtiyat hissələrini əldə etməyinə mane olmağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Məlumata görə,  ABŞ hökuməti sözügedən ehtiyat hissələrinə sanksiya və ixrac nəzarəti tətbiq etmək, o cümlədən özəl şirkətlərlə əməkdaşlıq nəzərdə tutur.

Bundan başqa, İran istehsalı olan PUA-ların zərərsizləşdirilməsi üçün ABŞ Ukraynaya lazımi dəstəyi verməkdədir.

Ekspertlərin fikrincə, İran istehsalı olan PUA-ların bəzi ehtiyat hissələri məhz ABŞ-nin özündə istehsal olunur və ABŞ hökuməti məsələnin istintaqına başlayıb. ABŞ artıq bəzi İran və BƏƏ şirkətlərinə PUA istehsalında iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR