İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gələn XƏBƏR Cənubi Koreya fond bazarını çökdürdü

Cənubi Koreyanın əsas fond birjası indeksi KOSPI bir gündə 8,7 faiz azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi ticarət məlumatlarına istinadən yayıb.

Bildirilir ki, indeks həftənin ilk iş günü 234,6 bənd azalma ilə 2441,5 bəndlə başa çatıb.

Bu azalmanın ABŞ-da məşğulluqla bağlı gözləntilərin əksinə olan nəticələrin qeydə alınmasından qaynaqlandığı bildirilir. Məşğulluq sahəsində pisləşmə ABŞ-da iqtisadi artımın zəifləməsi təhlükəsi yaradır.

“Yonhap” qeyd edir ki, mütləq göstəricilərdə azalma rekord həddə çatıb. Bu, 2008-ci ilin oktyabrında qeydə alınan 10,57 faizlik azalmadan bəri ən aşağı göstəricidir. Cənubi Koreya vonunun məzənnəsi də dollar qarşısında zəifləyib. Cənubi Koreya mediası bu bazar ertəsini birja üçün “ən pis gün” adlandırır.

İndeksin 8 faizdən çox azalması səbəbindən yerli vaxtla saat 14:14-də (Bakı vaxtı ilə 09:14) ticarət 20 dəqiqə dayandırılıb.

Gün ərzində Cənubi Koreyanın ən böyük şirkətlərindən “Samsung Electronics”in səhmləri 10,3 faiz, “SK hynix” 9,8 faiz, “Hyundai Motor”unku isə 8,2 faiz ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR