İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ermənistanla bağlı MƏHDUDİYYƏT

ABŞ Ticarət Departamenti Ermənistan da daxil olmaqla, 10 ölkədən 28 firmanın ixracına məhdudiyyətlər qoyub.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Səbəbinə gəldikdə, qeyd olunub ki, iddia edilən “Rusiya silahlı qüvvələrinə və ya hərbi-sənaye kompleksinə dəstək məqsədilə... Amerika mənşəli məhsulların alınması üçün ixraca nəzarət tədbirlərindən yan keçmək cəhdləridir”.

Beləliklə, Rusiyaya gizli dəstək verən, özünü “qərbmeyilli” göstərən “Soros uşaqları”nın ölkəsi tədricən sanksiyaların təsiri altına düşməkdədir. Bundan əvvəl ABŞ son anda Ermənistanı NATO-nun hərbi təlimlərində iştirak edəcək ölkələrin siyahısından çıxararaq, onun adının səhvən siyahıya düşdüyünü açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR