İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Walmart supermarketində atışma nəticəsində 7 nəfər həlak olub

ABŞ-ın Çesapik şəhərindəki (Virciniya ştatı) Walmart supermarketində baş verən atışmanəticəsində hücum edən şəxs də daxil olmaqla, 7 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı polis orqanlarına istinadla məlumat yayıb. Yerli xəstəxanalardan biri onlara beş yaralının gətirildiyini bildirib.

Polisə atışma ilə bağlı məlumat yerli vaxtla saat 22:12-də (Bakı vaxtı ilə 07:12) daxil olub. Hadisədən bir qədər əvvəl supermarketdə gecə növbəsində çalışanlar işə başlayıb. Hüquq mühafizə orqanlarının gecə yarısından sonra keçirdiyi brifinqdə həlak olanların və atəş açan şəxsin kimliyi barədə dəqiq məlumat verməyib.

Walmart mağazalar şəbəkəsi baş verən faciədən sarsıldığını bildirib və istintaqa bütün lazımi yardımı göstərib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR