İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da “TikTok” narahatlığı: Məlumatlar Çin hakimiyyətinin əlinə keçə bilər

ABŞ ordusunun “TikTok” sosial şəbəkəsindən istifadə etməsi ölkənin milli təhlükəsizliyinə təhlükə yarada bilər.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, müvafiq narahatlıqları ABŞ-ın Federal Rabitə Komissiyasının üzvü Brendan Karr dilə gətirib.

ABŞ ordusunun bəzi bölmələri “TikTok”un iş cihazlarında istifadəsini qadağan edir.

Bununla belə, Karrın sözlərinə görə, proqram hərbçilərin şəxsi cihazlarında mövcuddur və bu problem həll edilməlidir.

Onun fikrincə, tətbiqdən istifadə nəticəsində məxfi məlumatlar, o cümlədən təyyarələrin hərəkəti ilə bağlı məlumatlar Çin hakimiyyətinin əlinə keçə bilər.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR