İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Şuşa ilə bağlı tədbir keçirildi- FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində keçirib.

Musavat.com xəbər verir ki, tədbirdə ABŞ cəmiyyətində tanınmış nüfuzlu ictimai xadimlər və  alimlər iştirak edib. Erməni təcavüzü nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov tədbirdə məruzə ilə çıxış edib. O, məruzəsində birinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın və mədəniyyət beşiyimiz olan Şuşanın işğalından, 30 ilə yaxın vaxt ərzində erməni vandallarının işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərin miqyasından, 44 günlük  Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın və mədəniyyət paytaxtımız Şuşanın işğaldan necə azad edilməsindən geniş bəhs edib. Tədbirdə iştirak edən ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai aktivliyi ilə seçilən Şeyn Del Kohen, Metyu Dayter və Azərbaycan icmasının üzvü, əslən Qarabağdan olan Zərifə Musayeva maraqlı çıxışlar ediblər.

Tədbirdə maraqlı çıxışlarla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində və mədəniyyət beşiyimiz olan Şuşada erməni vandallarının 30 ilə yaxın bir dövrdə törətdikləri vəhşilikləri əks etdirən foto sərgi və Şuşanın tarixi haqqında "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sifarişi ilə çəkilmiş sənədli filmi nümayiş edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR