İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da sülh sazişi, Bakıda “onların” aksiyası

Amerikada razılaşdırılan, Ağ Evin patronajlığı, bəlkə də qarantiya ölkə olaraq imza atdığı sülhün Azərbaycan üçün ziyanı faydasından çox ola bilər...

Əminəm ki, indi yazdıqlarımı ağıllı adamlar olduğu kimi başa düşməyə çalışacaq,(zatən bizim xitablarımız onlar üçündür) bu düşüncələri cinsi azlıqların hüquqlarının pozulması və ya anti-Qərb əhval-ruhiyyəsinin təbliği kimi anlamayacaq. Bəzi məsələlər var ki, bunun insan haqlarına heç bir dəxli yoxdur, ya da insan haqları adı altında əslində, satanizmin təbliğatıdır...

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşlərindən şəxsi qənaətimə görə, nə indi, nə də sonralar sülh sazişi çıxmayacaq. Bunu əngəlləyən bir sıra səbəblər var- bir az Ermənistanla bağlıdır, bir az Rusiya, təbii ki, həm Bakının mövqeyi ilə... Amma indi bu məsələyə bir az fərqli prizmadan baxmağı təklif edirəm. 

Ümumiyyətlə, bizim bəzi politoloqlar belə hesab edir ki, guya ABŞ-ın vasitəçiliyi ilə görüşlər Azərbaycan üçün daha faydalıdır, Qərb sülh sazişi istəyində daha səmimidir və sairə. Mən heç vaxt elə düşünməmişəm, çünki bu işğal illəri ərzində Qərb bizə faydalı olan bir təklif belə verməyib, əksinə, hər fürsətdə torpağımızın hansısa parçasını ermənilərin xeyrinə qopartmağı hədəfləyib. O səbəbdən Qərbin səmimiyyəti haqda deyilənlər boş qazan danqıldısıdır, səmimi deyil, üstəlik gerçək heç deyil... İndi bu sülh sazişinin qulpundan niyə belə israrla yapışdıqlarının səbəbini də hamı bilir. Öz ağıllarınca, Rusiyanı Qafqazdan çıxarmaq isrtəyirlər və sairə. Bunlar heç, biz daha əlverişli sülh şərtlərinə nail olmaq üçün Qərb-Rusiya rəqabətdən faydalana bilərik. Amma qənaətim odur ki, real olmasa belə, Amerikada razılaşdırılan,  Ağ Evin patronajlığı, bəlkə də qarantiya ölkə olaraq imza atdığı sülhün Azərbaycan üçün ziyanı faydasından çox ola bilər. Nəticə etibarilə biz ABŞ-da razılaşdırılan və ya imzalanan sülh sazişinin girovuna çevrilə bilərik.

Fərz edək ki, tərəfləri qane edən sülh sazişi imzalandı. Amerika o zaman yerində dayanmayacaq, buradakı gizli amerikançılar fəallaşacaqlar, əvvəlki məsafəli Vaşinqton-Bakı münasibətini saxlamaq da çətinləşəcək. Sonra yavaş-yavaş Azərbaycanda hər sahəyə soxulmağa, yerləşməyə çalışacaqlar, təbii ki, özləri ilə yeni dəyərlər də gətirəcəklər. Bilirəm, indi bəzi müxalifətçilər düşünürlər ki, bunun nəyi pisdir ki, ölkəmizə demokratiya gələcək, seçki-filan və sairə. Ona qarşı deyirəm, baxmayaraq ki, demokratiya heç vaxt dimdikdə gətirələn dəyər deyil, ya da gətirəndə axırı Ukrayna kimi olur.

Məsələn, Amerika deyəcək ki, sülhü regiona(ölkənizə) biz gətirdik, bizə borclusunuz, indi filan-falan təşkilatlıarımız da burada fəaliyyət göstərməlidir. Nəhayət, günlərin birində isə...Bakıda gey-parad keçirməyi də təklif edəcəklər. Bunlar indi bir çoxuna fantaziya kimi görünə bilər, amma mümkündür. Rusiya hansı bəlalar gətirmişdisə, ondan daha betəri gələcək...Bu havadan götürülməyib. Amerika heç vaxt heç bir ölkəyə firavanlıq gətirməyib. Yenə bəyənmədiyimiz Putin əlində tutduğu Quranın dəyərini, necə tutmağı bilir, bu adamların dəyərləri başqadır e... 

İndi daha da konkretləşdirək. Danışıqlarda vasitəçi olan Amerikanın məlum dövlət katibinin israrla apardığı LGBT təbliğatı təkcə müsəlmanlığa deyil, insanlığa ziddi olan mənəvi-əxlaqi kursdur. Hər halda, bu mənim daşlamış düşünçəmdir, kimin xərtinə dəyir, cəhənnəmə dəysin. Homoseksual ideologiya ənənəvi milli mədəniyyətləri məhv etməklə bütün dünyanı “birləşdirmək”, xalqlardan eyni “ümumi insanlar” kütləsini hazırlamaq yoludur. Blinken isə indi Ağ Evdə LGBT-ni dəstəkləyən əsas, bunun bütün dünyada yayılması üçün də ən çox çalışan fiqurdur. Hələ qışda onun haqda bir araşdırmaya baxdım, təəssüfləndim. Hətta deyilənlərin 50 faizi belə şişirtmə olsa, yenə heyrət!

esas şəkil.jpg (303 KB)

İndi deyək ki, Ağ Ev hakimiyyətinin öz ölkələrində guya başqa dərd-sərləri yoxdur, “bu işlə” məşğuldurlar. Olsun, bizə nə? Amma pisi budur ki, bu təbliğatı təkcə öz ölkələrində aparmırlar, bütün dünyada yaymağı hədəfləyirlər. Afrika ölkələrindən hansınasa bu yaxınlarda az qala ultimatum dilində bəyanat vermişdilər ki, LGBT hüquqlarını təcili bərpa edin. Afrikanın problemi LGBT-dirmi? Bu, insan hüquqları adı altında təkcə klassik ailə dəyərlərinin inkarı deyil, milli adət-ənənələri və mədəniyyətləri məhv etmək, onların yerinə homoseksual “məhəbbət” yerləşdirmək məqsədi güdən satanist təbliğatdır. Məlumdur ki, Blinken Klintonun siyasi klanındandır. Klintonlar isə bütün dünyada homoseksualların, lezbiyanların və digər LGBT hüquqları uğrunda “döyüşçülərdir”. Blinkenin dövlət katibi postunun tutmasının səbəblərindən biri budur... 

Qərb öz ənənəvi dəyərlərini çeynəyib tüpürməklə məşğuldur. Bir neçə intibahlar dövrünü yaşayan Avropa indi özlərinin yaratdığı mənəvi böhranın içərisində boğulurlar. Quranın yandırılması bu böhranın yalnız bir epizodudur. Qərbdə demokratiya da, insan haqları da ənənəvi qəlibindən çıxıb, yeni cildə girib. Ukrayna müharibəsi bu böhranı daha da dərinləşdirməkdədir. İnsan haqlarının hər mənada sərhədi itəndə cəmiyyətdə deqradasiya yaranır, Fransada son baş verənlər də buna sübutdur.

Qərb əlbəttə ki, miqrasiyanın da acısını çəkir, ayrı-ayrı düşüncəli, mədəniyyətlərin birgə yaşaması LGBT qədər sadə “izdivac” deyil ki, onu qanuniləşdirəsən...

Ermənistan gec-tez sülhə məcbur olacaq. O halda, bizə “onların” gətirdiyi sülh lazımdırmı?     

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR