İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qəribə hadisə- Ölüləri Nümayəndələr Palatasına seçdilər

 

ABŞ-ın Pensilvaniya və Tennessi ştatlarının Nümayəndələr Palatasına keçirilən seçkilərdə Demokrat Partiyasının artıq həyatda olmayan namizədləri qalib gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin ştatlarda seçkilər yenidən keçirilməli olacaq.

Pensilvaniya Nümayəndələr palatasında 39 il xidmət etmiş 85 yaşlı demokrat Entoni Deluka oktyabrın əvvəlində limfomadan vəfat edib. O, öləndə artıq  bülletendə dəyişiklik etmək mümkün olmayıb. Seçkilərin nəticələrinə görə, ölü namizəd 86 faiz, onun Yaşıllar Partiyasından rəqibi Zara Livinqston isə 14 faiz səs toplayıb.

Demokratların digər namizədi, 93 yaşlı Barbara Kuper 73%-dən çox səslə Tennessi Nümayəndələr Palatasının qalibi olub. Lakin məlum olub ki, 26 il region deputatı olaraq fəaliyyət göstərən Barbara Kuber hələ oktyabrın sonunda dünyasını dəyişibmiş.

Sentyabr ayında xərçəng xəstəliyindən vəfat edən ölü namizəd Simon Silva da Kaliforniyanın Çula Vista şəhərinin prokurorluğu uğrunda seçkilərdə qalib gəlib. Yerli medianın xəbərinə görə, Çula Vistanın vergi ödəyiciləri yeni seçkilər üçün 2 milyon dollara qədər pul ödəməli olacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR