Onlayn ictimai-siyasi qəzet
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə ərzində 2 milyon barel azalaraq martın 15-nə 445 milyon barel təşkil edib. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 3 faiz aşağıdır.
Bu arada Londonun ICE birjasında Brent markalı neftin may fyuçersləri 1,47 faiz ucuzlaşaraq 85,95 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 1,56 azalaraq 81,33 dollar təşkil edir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ