İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da meşə yanğınları səbəbindən minlərlə insan təxliyə ediləcək

ABŞ-ın Kolorado ştatında sürətlə yayılan meşə yanğını səbəbindən ən azı 19 min insan məcburi təxliyə əmri alıb.

Trend-in məlumatına görə, bu barədə "NBC News" telekanalı xəbər verib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Qeyd olunub ki, yanğın ABŞ-ın Boulder şəhərindəki Milli Atmosfer Tədqiqatları Mərkəzinin Mesa Laboratoriyasının binasına yaxınlaşır.

Boulder Yanğın və Xilasetmə Xidmətinin mətbuat katibi Mariya Uoşbern bildirib ki, bundan əvvəl yanğının sürətlə yayılmasına şərait yaradan isti hava və güclü külək daha əlverişli hava şəraiti ilə əvəz olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR