İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Köləliyin Ləğvi Gününü qeyd edirlər

İyunun 19-u uzun illər boyu ABŞ-da Köləliyin Ləğvi Günü kimi qeyd edilib. Lakin 2021-ci ilə qədər həmin gün federal bayram sayılmırdı. 2021-ci ildə prezident Co Bayden Köləliyin Ləğvi Gününə rəsmən federal bayram statusu verilməsi barədə qanun imzalayıb.

AZƏRTAC xəbər verir ki, 2021-ci il iyunun 15-də ABŞ Senatı iyunun 19-nu ölkədə rəsmi bayram günü kimi təsis edib. 2021-ci il iyunun 17-də ABŞ prezidenti Co Bayden Köləliyin Ləğvi Gününün federal bayram olması barədə qanun imzalayıb.

1862-c il sentyabrın 22-də prezident Linkoln kölələrin azad edilməsi haqqında proklamasiya imzalayıb. Bundan təqribən üç il sonra –1865-ci il iyunun 19-da Texasda köləlik ləğv edilib. Həmin gün İttifaqın ordu generalı Qordon Qreynjer Texas ştatının Qalveston şəhərində bu federal əmri elan edib. Əmrdə göstərilirdi ki, Texasda bütün kölələr azad olur.

Avraam Linkolnun kölələrin azad edilməsi haqqında proklamasiyasına əsasən, Texasda və təqribən iki il yarım əvvəl İttifaqa qarşı üsyan qaldırmış digər ştatlarda köləlik rəsmən qadağan edildi. Proklamasiyanın icrası bütövlükdə İttifaq qoşunlarının hərəkətindən asılı idi. Köləliyin mövcud olduğu ən ucqar ştat sayılan Texasda az miqdarda İttifaq qoşunları vardı. Bu, ABŞ-da Vətəndaş müharibəsinin başa çatması ilə əlaqədar idi. Beləliklə, Qreynjer federal əmri elan edənə qədər proklamasiyanın icrası qeyri-ardıcıl və ləng gedirdi.

Fəallar illər boyu kampaniya təşkil edirdilər ki, ABŞ Konqresi iyunun 19-nu milli bayram kimi tanısın. Konqresin tədqiqat xidmətinin məlumatına görə, bu bayram yalnız Havay, Şimali Dakota və Cənubi Dakota ştatlarında tanınmır. Bununla belə, amerikalıların üçdə iki hissəsi bu hadisənin bayram edilməsi haqqında qərarı dəstəkləyir. 2022-ci il iyunun 19-u bazar gününə düşdüyünə görə, “Köləliyin Ləğvi Günü” bazar ertəsi, iyunun 20-də qeyd edilir. Həmin gün bəzi federal təsisatlar üçün iş günü sayılmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR