İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da iki elektrik stansiyasının atəşə tutulması 35 min insanı işıqsız qoyub

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Şimali Karolina ştatında on minlərlə insanı elektriklə təmin edən iki yarımstansiyaya silahlı hücumla bağlı təhqiqata başlayıb.

AZƏRTAC BBC News teleradio kompaniyasına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Mur dairəsində gecələr komendant saatını da nəzərdə tutan fövqəladə vəziyyət rejimi elan edilib. Polisin məlumatına görə, naməlum şəxslər bir-birindən təxminən 8 kilometr məsafədə yerləşən iki elektrik yarımstansiyasına atəş açıb. Cinayətin motivləri məlum deyil.

Hadisə nəticəsində Mur dairəsində 35 minə yaxın insan işıqsız qalıb. Yerli hakimiyyət orqanları bildirib ki, hər iki yarımstansiyaya ciddi ziyan dəyib və elektrik enerjisinin bərpasına bir neçə gün vaxt lazım gələ bilər.

Hazırda yerli xəstəxanalar, mağazalar, su və kanalizasiya xidmətləri ehtiyat generatorlarla işləyir. Ərazidə yerləşən məktəblərdə məşğələlər dayandırılıb. Bölgədə havanın temperaturu sıfır dərəcəyə endiyindən hakimiyyət orqanları ehtiyacı olanlar üçün idman kompleksində təcili sığınacaq açıb.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper bu tip hücumların təhlükəni tamamilə yeni səviyyəyə qaldırdığını və kritik infrastrukturun qorunması məsələsinin “prioritetə” çevrildiyini bildirib. Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi isə təhqiqatın gedişini yaxından izlədiklərini deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR