İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da ehtiyat azaldı, bazarda qiymət artdı

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları daha 3,73 milyon barrel azalaraq 429,32 milyon barrelə düşüb.

Musavat.com xəbər verir ki, bu məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında yer alıb.

Həftə ərzində benzin ehtiyatları 1,34 milyon barel artaraq 225,1 milyon barel təşkil edib.

Kommersiya distillat ehtiyatları isə 949 min barel artaraq 127,8 milyon barelə çatıb.

Mütəxəssislər neft ehtiyatlarının 1,8 milyon barrel, benzin ehtiyatlarının 1,8 milyon barrel azalacağını və distillə ehtiyatlarının 1 milyon barrel artacağını gözləyirdilər.

ABŞ-da ehtiyatların azalmasına dair məlumat neft bazarında qiymət artımını sürətləndirib. Son hərraclarda Brent neftinin qiyməti 78 dolları keçib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR