İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətliam kimi qəza: Rusiyada maşın dayanacağa çırpıldı – ölən və yaralananlar var  

Rusiyanın Nijni Novqorod şəhərində dəhşətli yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, yüksək sürətlə hərəkət edən xarici markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra idarəetməni itirib və dayanacaqda avtobus gözləyən piyadaların üstünə çıxıb.

Qəza nəticəsində iki qadın hadisə yerində həlak olub, daha bir uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə beş nəfər xəsarət alıb, onlardan ikisi həyatını itirib.

Nijni Novqorod DİN-in verdiyi məlumata görə, faciə avtomobilin başqa bir maşınla toqquşmasından sonra idarəetmədən çıxaraq səkidəki insanlara çırpılması ilə baş verib.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR