İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da təyyarə qəzası- Ölən var

ABŞ-nin Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla altı nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Fox 8” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan yeddi dəqiqə sonra qəzaya uğrayıb.

Telekanalın məlumatına görə, hazırda qəzanın səbəbləri aydın deyil. Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR