Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində atışma nəticəsində 3 polis həlak olub, daha 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb .
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, polis əməkdaşları qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsi saxlamağa cəhd ediblər.
Polis atışmanın hüquq-mühafizə orqanı əməkdaşlarının şübhəlinin evinə yaxınlaşması ilə başladığını bildirib.
Atəş açan ev sahibi güllələnib. Şimali Karolina qubernatoru Roy Kuper hadisə ilə əlaqədar şəhərə gələrək həlak olanların ailələrinə başsağlığı verib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ