İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da baş verən atışmada 5 nəfər həlak olub

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində baş verən atışmada biri polis əməkdaşı olmaqla azı 5 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəni törədən şəxs hələ də azadlıqdadır. Buna görə də polis atışma baş verən ərazinin sakinlərinə evdə qalmağı tövsiyə edib.

Hadisə zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı qeyd edilir.

Telekanalın məlumatına görə, atışmanın səbəbi hələ məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR