İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar

Birləşmiş Ştatlar ilk dəfə olaraq Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” kəşfiyyat alyansının üzvləri ilə Rusiya və Çinin kosmik proqramları haqqında yüksək həssas məlumatları paylaşmağa başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı yayan The Times qəzeti bu yanaşmanın dəyişdirilməsini “müstəsna əhəmiyyətə malik” hadisə adlandırıb.

Məqalədə qeyd olunur ki, söhbət ABŞ Kosmik Qüvvələrinin hərbi orbital əməliyyatlar üzrə ixtisaslaşmış Kosmik Delta 9 bölməsinin Koloradodakı bazasında topladığı məlumatlardan gedir. Əvvəllər o, yalnız Amerika hərbi komandanlığı üçün nəzərdə tutulmuşdu. Nəşrin məlumatına görə, Vaşinqtonda strateji komandanlıq üzrə attaşe olan Britaniyanın Hərbi Hava Qüvvələrinin Komodoru N.J.Stringer son bir neçə həftə ərzində ABŞ-ın digər ölkələrin peyklərinin monitorinqini aparan kəşfiyyat proqramı ilə bağlı brifinqdə iştirak edib.

Qəzetin yazdığına görə, Stringerə ABŞ hərbi kəşfiyyatının taktiki əməliyyatları, o cümlədən Amerika tərəfinin yüksək dəqiqlikli kameradan istifadə edərək Rusiya və Çin peyklərinə yaxınlaşma yolları göstərilib. Kamera peyklərin şəkillərini çəkir və onların ABŞ-ı narahat edə biləcək fəaliyyətlərlə məşğul olub-olmadığını qiymətləndirir.

“The Times” yazır ki, girişin verilməsinə səbəb Vaşinqtonun Pekin və Moskvanın kosmosda sürətlə yeni imkanlar inkişaf etdirməsindən narahatlığı olub. Xüsusilə də nəşr bildirir ki, Çin kosmosda kəşfiyyat məlumatlarının toplanmasına böyük sərmayələr yatırır. Nəşr Space Delta 9-un komandiri polkovnik Remsi Horndan sitat gətirir: "Biz heç kimin istəmədiyi döyüşə hazır olmalıyıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR