İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çində bu bazarla bağlı araşdırmaya başladı

ABŞ hökuməti Çin yarımkeçirici bazarı ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ticarət Nümayəndəliyi yayıb. Bildirilir ki, araşdırmanın məqsədi Çin yarımkeçirici bazarının ABŞ-ın iqtisadi təhlükəsizliyinə təhlükə yaradıb-yaratmadığını müəyyən etməkdir.

Məlumata görə, istintaq “Çinin yarımkeçiricilərin istehsalı sahəsində dominantlığı ələ keçirmək üçün fəaliyyətləri, siyasəti və praktikasına” yönəlib. Agentlik qeyd edir ki, Pekinin hərəkətləri ABŞ və digər ölkələrin iqtisadiyyatlarına zərərli təsir göstərir, Amerika sənayesinin rəqabət qabiliyyətinə, tədarük zəncirlərinə və Birləşmiş Ştatların iqtisadi təhlükəsizliyinə xələl gətirir. Təhqiqatın obyektinin Çində mühüm sənaye sahələrində, xüsusən müdafiə, avtomobil, aerokosmik, telekommunikasiya, eləcə də tibbi avadanlıq və elektrik enerjisi istehsalında istifadə olunan yarımkeçiricilərin istehsalı olacağı dəqiqləşib.

Reuters qeyd edir ki, araşdırmanın nəticələri yanvarın 20-də andiçmə mərasimi baş tutacaq yeni seçilmiş prezident Donald Trampın administrasiyasına veriləcək. Hesab edilirr ki, ABŞ-ın hazırkı hakimiyyət orqanlarının səyləri Trampa Çindən idxala 60 faiz rüsum tətbiq etmək planlarını həyata keçirməyə kömək edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR