İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT katibliyini Rusiyanın təhdidlərinə boyun əyməkdə ittiham edib

Birləşmiş Ştatlar BMT rəhbərliyini İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya tədarükü ilə bağlı təhqiqatı təşkil etməməkdə ittiham edib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud, “BMT katibliyinin Rusiyanın təhdidlərinə açıq şəkildə boyun əyərək Təhlükəsizlik Şurasının araşdırma mandatını yerinə yetirməməsindən məyus olduq" deyə açıqlama verib.

Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və Ukrayna İran istehsalı olan dronların Rusiyaya tədarükünün BMT-nin qətnamələrini pozduğunda təkid edirlər.

“Amerikanın Səsi” radiosunun xəbərinə görə, bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda təşkilatın əməkdaşlarının mövcud məlumatları öyrəndiyini və hər hansı tapıntının vaxtında bildiriləcəyini bildirib. Quterreşin sözlərinə görə, İranın Rusiyanı Ukraynada istifadə edilən pilotsuz təyyarələrlə təchiz etməsi ilə bağlı ittihamlar müharibə konteksində hərtərəfli araşdırılmalıdır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebeznya bu ilin dekabrın 19-da keçirilən iclasda beynəlxalq təşkilatın nümayəndələrini “Qərb ölkələrinin təzyiqlərinə boyun əyməməyə” çağırıb. Nebenzya “psevdoistintaq” adlandırdığı araşdırmanın nəticələrinin etibarlı saymayacaqlaırnı bildirib.

6201a9bb-1cda-4485-9d8b-98a661939678.jpg (41 KB)

İranın nümayəndəsi Əmir Səid İrəvani də öz növbəsində ölkəsinin Təhlükəsizlik Şurasının qadağan etdiyi heç bir silahı Rusiyaya ötürmədiyini söyləyib. İrəvaninin sözlərinə görə, fevraldan əvvəl Rusiyaya təhvil verilən İran pilotsuz təyyarələri Təhlükəsizlik Şurası tərəfindən qadağan edilməyib və “Ukraynada davam edən münaqişədə istifadə üçün verilməyib”.

Qeyd edək ki, bazar ertəsi keçirilən görüşdə ABŞ və İran rəsmiləri də bir-birlərini nüvə proqramı üzrə beynəlxalq razılaşma ilə bağlı müzakirələri qəsdən uzatmaqda suçlayıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR