İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ baş xəfiyyəsinin İrəvana mübhəm səfəri - Börns niyə Bakıya gəlmədi?

Ötən həftənin ən sensasion olaylarından biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş direktoru Uilyam Börnsün qəfildən Ermənistana səfər etməsi oldu. 

MKİ şefi İrəvanda baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen  Qriqoryanla görüşdü. Görüşlərin təfərrüatı məlum deyil. Ermənistan hökumətinin mətbuat xidməti yalnız quru bir xəbər yayıb  ki, baş nazir Nikol Paşinyan və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Börns “beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini”, eləcə də Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər.

Bu, MKİ rəhbərinin Güney Qafqaza ilk səfəridir. Ancaq niyə məhz Rusiyanın forpostu Ermənistana və niyə məhz indi?

Rusiya mənbələri əsas olaraq bu versiya üzərində dayanır ki, MKİ rəhbəri Moskvanın keçmiş SSRİ-dəki müttəfiqlərini “dişinə vurur” və onları Rusiyaya qarşı qoymağa çalışır. Bildirilir ki, rəsmi Vaşinqton xüsusilə regionda Rusiyanın bütün təşəbbüslərinin təsirini zəiflətmək üçün çalışır. Eyni fikirlər Türkiyənin regionda artan təsirləri, Ermənistanla münasibətləri tənzimləyə çalışması haqda da söylənilir.

Səfər daha iki mühüm detalı ilə diqqət çəkdi. Börns Bakıya və ya Tiflisə getmədi. Ümumiyyətlə, o, İrəvandan hara getdi, bilən varmı?

Onun ziyarəti həmçinin İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvan səfərindən az sonraya təsadüf elədi. Bu həftə - iyulun 19-da isə Tehranda Türkiyə, İran və Rusiya prezidentləri arasında üçlü görüş gözlənilir. Börnsin İrəvan ziyarətinin bütün bunlarla hansı bağlılığı ola bilər?

Elçin Mirzəbəyli: ABŞ Prezidentinin təbriki mövcud geosiyasi kataklizmlərin  fonunda verilən çox ciddi mesajdır - AZƏRTAC

Elçin Mirzəbəyli: “Bayden Administrasiyası 3+3 formatının da əleyhinədir və müxtəlif təxribatlarla yeni regional konfiqurasiya üçün qısamüddətli əyləc funksiyasını icra edə bilər”

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidenti Co Baydenlə Səudiyyə Ərəbistanında görüşdə olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Cozef Börnsin özünü birdən-birə Ermənistana “atması”, şübhəsiz, çox ciddi bir faktdır. Ərəb dilini gözəl bilən və Yaxın Şərqi dərindən tanıyan Börnsin tələm-tələsik Ermənistana səfər etməsi bölgə dövlətlərinin diqqət mərkəzindədir və ən müxtəlif rakurslardan dəyərləndirilir: “Nəzərə almaq lazımdır ki, MKİ şefi həm də rus dilini mükəmməl səviyyədə bilir, Rusiya və postsovet məkanı üçün olduqca həssas bir zaman kəsiyində ABŞ-ın Rusiyadakı səfiri olub. Barak Obamanın prezidentliyi dönəmində dövlət katibi vəzifəsini qısa müddətdə icra edib və Obamanın prezidentliyinin ikinci dönəmində dövlət katibinin müavini vəzifəsini daşıyıb. Börns peşəkar diplomatdır və ona qədər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə heç vaxt diplomat rəhbərlik etməyib. MKİ şefi Qafqazı yaxşı tanıyır və xüsusulə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı ətraflı bilgilərə malikdir. Düşünürəm ki, bütün bu məlumatlar Börnsin İrəvana təcili səfərinin məqsədi ilə birbaşa əlaqəli olmasa da, MKİ rəhbərinin Cənubi Qafqazın geosiyasi mutant dövlətinə sıçrayışı ilə bağlı müəyyən təsəvvürlər yarada bilər”.

Politoloqun sözlərinə görə, Börnsün səfərinin məqsədi ilə bağlı ehtimallar irəli sürmək üçün Baydendən ayrılaraq təcili İrəvana uçuşunu zəruri edə biləcək məqamlara nəzər salmaq lazımdır. Bu xüsusda diqqətçəkən məqam səfərin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Tiflisdə keçirilən görüşü ilə eyni vaxta təsadüf etməsidir: “Ararat Mirzoyanın görüş çərçivəsində səsləndirdiyi iddiaları əsas götürsək və belə iddiaların daha öncə, ABŞ-ın Ermənistandakı səfiri tərəfindən dilə gətirildiyini nəzərə alsaq, MKİ direkturunun səfəri ilə bağlı müəyyən qənaətə gəlmək mümkündür. Vilyam Börnsin İrəvana təcili səfərini şərtləndirən məqamlardan biri də Türkiyə, Rusiya və İran liderlərinin gözlənilən görüşü ilə bağlı ola bilər. Bayden Administrasiyası sözügedən ölkələr arasında ziddiyyətlərin aradan qaldırılmasında maraqlı deyil və təbii ki, 3+3 formatının da əleyhinədir. ABŞ-ı narahat edən məsələlərdən biri də Türkiyə-Rusiya münasibətləri, Zəngəzir dəhlizi və bölgə dövlətlərinin bilavasitə iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan, kənar müdaxilələrə qapalı olan layihələrdir. Vaşinqton regionda formalaşacaq yeni konfiqurasiyanın əleyhinədir və bunu öz təsir imkanlarına təhdid hesab edir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Bu, sıradan bir hadisə deyil”

Ermənistan regionda cərəyan edən proseslərə sarsıdıcı təsir göstərmək potensialında olmasa da, müxtəlif təxribatlarla yeni regional konfiqurasiya üçün qısamüddətli əyləc funksiyasını icra edə bilər".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü sıradan bir hadisə deyil. ABŞ-ın baş kəşfiyyatçısının Ermənistana səfəri ən çox Kremli düşündürüb: “Rusiyanın baş düşməninin əsas adamlarından biri uzaq Ermənistanla nəyi müzakirə etmək üçün minlərlə kilometr məsafə qət edib? Rəsmi xəbərlərdə tərəflərin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə etdiyi bildirilib. Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar. Uliyam Börns Tiflisə və Bakıya səfər etmədən yalnız İrəvana getməklə kifayətləndiyi üçün sualların sayı daha da çoxalıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR