İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: Azərbaycan və Ermənistana kömək etməyə hazırıq

"Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq. Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün kömək etməyə hazırıq".

Bunları ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.

Dövlət katibinin (Entoni Blinkenin) bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik”, - diplomat bildirib. (Teleqraf.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR