Onlayn ictimai-siyasi qəzet
Paşinyanın Sünikə iki günlük səfəri Nikolun stereotiplərini və daxili qorxularını məhv etmək məqsədi daşıyırdı.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, səfər əsl “şou” formatında keçib və məmurlar Paşinyana qarşı hər hansı yöndəmsiz situasiyanın olmaması üçün əllərindən gələni ediblər.
“Lakin küçələrin abadlaşdırılması və oyun meydançalarının yenidən açılması üçün lentlərin kəsilməsi təhlükəsizlik problemlərini aradan qaldıra bilməyib. Qafan hava limanı istiqamətində atışma (Abramyan yenə burada Azərbaycanı şərləyir-red.) bunun bariz nümunəsidir. Hakimiyyət təbliğatı reallığı “şən və xoşbəxt Sünik” anlayışı ilə təqdim etməyə nə qədər çalışsa da, bölgənin təhlükəsizlik problemləri bununla həll olunmayacaq”, - deyə, o qeyd edib.
“Yeri gəlmişkən, problemə asfalt yolun təbliğatı prizmasından baxsaq belə, hakimiyyət bunu da etməyib. Gorus-Şurnux-Qafan yolu istifadəyə verildikdən sonra vəd edilən yeni, “alternativ” Tatev-Ağvani-Qafan yolu hər il əsaslı təmir olunsa da, öz funksiyasını tam yerinə yetirmir.
Azərbaycan mövqelərindən 100 metr aralıda yerləşən hava limanı sərnişin daşımalarının təhlükəsizliyinə təminat ola bilməz. Hətta 3 ildir ki, Şurnuxda yeni evlərin tikintisi layihəsi insanlara söz verilsə də, işlər hələ də yekunlaşmayıb.
Nikol öz təbiətinə və mahiyyətinə görə fəlakətdir, səfərləri ilə yalnız yalan və faciə toxumu səpməkdədir”, - deyə, Tiqran Abramyan qeyd edib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ