İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyandan ETİRAF: “Ermənistandan Qarabağa ağır texnika daşınır”

Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz feysbuk səhifəsində maraqlı açıqlama yayıb.

Musavat.com erməni mediasına istinadən həmin açıqlamanı təqdim edir:

“Son günlər “dövlət naziri” Ruben Vardanyanın mümkün istefası kontekstində Ermənistanı Qarabağla birləşdirən dəhlizin mümkün açılması məsələsi qaldırılıb. Bu məntiqlə həm Ermənistan hakimiyyəti, həm də Azərbaycandan gələn siqnallar göstərir ki, “dövlət naziri”nin istefası dəhlizin açılmasına imkan yaradacaq. Ermənistan Respublikasının, hətta daha çox Azərbaycanın hakimiyyət orqanlarının istəklərini bir kənara qoyaraq vəziyyətə faktiki nöqteyi-nəzərdən baxmağa çalışacağıq. Ruben Vardanyanın istefası Azərbaycanın yeganə istəyi və tələbidirmi və ya onun gedişi ilə bütün mövcud və qeyd olunan problemlər həll olunacaqmı?

Xatırladaq ki, dəhlizin rəsmi və qeyri-rəsmi səviyyədə bağlanmasından sonra Azərbaycan onun üçün ilkin şərt kimi Gülyataq mədəninin fəaliyyətinin dayandırılmasını, dəhlizin bəzi hissəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını, Ermənistandan Qarabağa və əks istiqamətdə yüklərin daşınmasına nəzarət etmək üçün lazımi avadanlıq quraşdırılmasını tələb edib. Digər tələb 44 günlük müharibədən sonra kiçik həcmdə, bir neçə mərhələdə Qarabağa (qondarma rejim nəzərdə tutulur - red.) çatdırılan ağır hərbi texnikanın çıxarılması ilə bağlı olub. Yəni dəhlizin mümkün açılması ilə bağlı Azərbaycan 4-5 tələb, o cümlədən Ruben Vardanyanın istefası məsələsini irəli sürür. Bu tələblər yerinə yetirildikdən sonra da dəhlizin açılacağına zəmanət verən varmı? Xeyr. Kiminsə zəmanəti varmı ki, Azərbaycanın tələbləri yerinə yetirilsə və dəhliz açılsa belə, məsələn, 1-2 aya eyni problem yaranmayacaq? Yaxud məsələn, qaz, elektrik enerjisi ilə bağlı problem olmayacaq? Əlbəttə, yox.

Seçim Qarabağın (qondarma, oyuncaq rejimin - red.) ixtiyarındadır, onlar çətin vəziyyətdədirlər və bu səbəblə onlara hansısa qərarlar və ya qaydalar diktə etmək çətindir. Hər halda indiki vəziyyətə ayıq başla düşünülmüş, hesablanmış şəkildə baxmaq lazımdır. Əks halda Azərbaycan elə ilkin şərtlər siyahısı açacaq ki, sadəcə olaraq müqavimət göstərmək üçün resurslar qalmayacaq. Mən Ruben Vardanyanın “dövlət naziri” təyin edilməsi təklifinin avqust/sentyabr aylarında verildiyini, təyinatın noyabrda baş tutmasını demirəm. Qərar verənin və maraqlı tərəflərin təyinatdan əvvəl hər şeyi ölçmək üçün kifayət qədər vaxtı var idi. Bu təyinatdan 2 ay sonra səbəbləri və riskləri geriyə doğru müzakirə etməyə başlamaq son dərəcə qeyri-ciddidir. Bu haqda əvvəldən düşünülməli idi. Qatar getdi, vəziyyət artıq fərqlidir və mövcud reallıqların məntiqi əsasında problemlərin mümkün həlli yolları nəzərdən keçirilməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR