İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan Qarabağın təslim edilməsindən yazdı: “Tez bir zamanda...”

“Son 3 gündə 27 nəfər Ermənistandan Qarabağa, 28 nəfər isə Qarabağdan Ermənistana gedib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Tiqran Abramyan yazıb.

“Bundan dərhal sonra Azərbaycan mediası Laçın dəhlizində Azərbaycan keçid məntəqəsindən və pasport nəzarətindən keçən ermənilərlə bağlı videomateriallar yayır. Faktiki olaraq bu, insanların hərəkətinin azərbaycanlıların nəzarəti altında həyata keçirilməsi deməkdir.

Mən Azərbaycan keçid məntəqəsindən keçməyə qərar verən ayrı-ayrı şəxslərin məsələsinə toxunmuram, bu, onların işidir. Çünki mən və bir çoxumuz Ermənistanda yaşayırıq və ordakı insanların əhval-ruhiyyəsini anlaya bilmirik.

Amma yerli hakimiyyət (Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə özünü “hökumət” elan edən qondarma “DQR” nəzərdə tutulur - red.) başqa sözlər söyləyirdi. Oradakı müxtəlif fiqurlar və qüvvələr Azərbaycan oyun qaydalarını qəbul etməyi qəbuledilməz hesab edirdilər. İndi də deyirəm: Azərbaycanın oyun qaydalarının qəbulu Qarabağı tez bir zamanda tam olaraq Azərbaycana tabe etdirəcək” - deyə revanşist deputat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR