Onlayn ictimai-siyasi qəzet
İran Xarici İşlər Nazirliyinin ABŞ-ın bölgədəki mövcudluğu ilə bağlı ifadə etdiyi narahatlıq bir çox fikirlərə əsas verir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan yazıb.
“İran bu mövzu ilə bağlı Ermənistan tərəfinə öz narahatlığını bildirdiyini bildirib. Rəsmi Tehran burada mötərizə açmayıb və xüsusilə nəyin onun narahatlığına səbəb olduğunu təfərrüatlandırmayıb. Lakin ehtimal etmək olar ki, xaricdən görünən proseslərlə yanaşı, İran tərəfi üçün risklər yaradan hadisələr baş verir və ya planlaşdırılır”, - deyə Abramyan qeyd edib.
“Ermənistan Respublikasında ABŞ-ın (kollektiv Qərb) təsirinin artması nəzərə çarpacaq dərəcədədir və göz qabağındadır. Bu, Rusiya Federasiyasının hesabına baş verib. İranın narahatlığının müxtəlif səbəbləri ola bilər - Ermənistan hakimiyyətinə inamsızlıqdan tutmuş ABŞ-ın rolunun genişləndiyi barədə məlumatlara qədər... İran bunların hamısını təhlükə kimi qəbul edir”, - deyə Abramyan əsl İran vəkili rolunda mövqe bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ