Onlayn ictimai-siyasi qəzet
Ermənistan Xarici işlər nazirliyinin Azərbaycanın təcavüzə hazırlaşdığı ilə bağlı (əsassız-red.) bəyanatı Paşinyanın yalançı pasifist təbliğatını məhv etməklə yanaşı, sərhəd təhlükəsizliyi baxımından çoxlu sayda ciddi problemləri də gündəmə gətirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın statusunda qeyd olunub.
“Başqa sözlə Paşinyan ağac əkməklə müdafiəyə hazırlaşır. Siz sərhəd yaşayış məntəqələrini gəzirsiniz və insanları onların əsas probleminin dam, mal-qara olduğunu deyirsiz.
Çoxları çəhrayı reallığa inanır və yalançını xilaskar hesab edir, halbuki Xarici işlər nazirliyinin rəsmi mesajında əksini tapan reallıq qat-qat başqadır və bizi narahat edir”,-deyə Abramyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ