İnsanlara hürriyət, millətlərə istiqlal!

Abituriyentlər üçün həyəcanlı anlar - Dəqiqələr qaldı...

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub.

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin bu gün, yəni 22 avqust tarixində elan olunması nəzərdə tutulur. Daha dəqiq desək, bu gün gecə saat 23:59-a qədər abituriyentlərin qəbul olduğu ixtisaslar məlum olacaq. Abituriyentlərin səbirsizliklə gözlədiyi bu tarixi anın bu gün saat 18:00-da da reallaşması istisna olunmur.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-a başa çatıb.

Məlumat üçün qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. 2024/2025-cü tədris ili üçün isə respublikanın ali təhsil müəssisələrinə 55907 qəbul yeri ayrılıb.

Ən çox ərizə I qrup üzrə verilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.//Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR