Onlayn ictimai-siyasi qəzet
Ukraynalıların bu günlərdə nümayiş etdirdikləri təxminən 2,5 min il əvvəl skiflərin farslarla müharibədə nümayiş etdirdikləri ilə eynidir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir rusiyalı siyasi ekspert, vaxtilə prezident Putinin spiçrayteri (çıxışlarını yazan-red.) olmuş Abbas Qalyamov tərəfindən səslənib.
“Arxaya qəfil basqınlar – bu taktika farsları həmin vaxt olduqca pis vəziyyətə qoymuşdu. Onun köməyi ilə Daranın ordusunu tükəndirən skiflər sonuncunu getməyə məcbur etdilər", - deyə Qalyamov qeyd edib.
Ukrayna Silahlı Qüvvələri indi Rusiyanı gözləyən müharibə modelini nümayiş etdirir. Bu, “Siz bizə baş-başa hücum edəcəksiniz və bu zaman biz sizi orda-burda əzəcəyik, ən gözlənilməz yerlərdə qəflətən peyda olacağıq” taktikasıdır.
“Belə məqamlarda fəth müharibəsi sürətlə populyarlığını itirir. Hiss üstünlük təşkil etməyə başlayır: “Döyüşə bilmirsənə, müharibəyə başlamamalı idin. Necə deyərlər “Yeryoma-Yeryoma, sən evdə qalmalı idin” (Bilə-bilə yalan qərar verən, səhv hərəkət edən birinə deyilir-red.)
Ukrayna Silahlı qüvvələri təkcə hərbi sahədə deyil, həm də sözün siyasi mənasında təşəbbüsü bərpa edib. Bu, zəkanın və peşəkarlığın küt güc üzərində kanonik qələbəsidir”, - deyə, rusiyalı ekspert bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ