Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, "8 Noyabr" prospektində, təmiri başa çatmayan yolda qəza olub. Vətəndaş iddia edir ki, xəbərdarlıq nişanının olmaması səbəbindən maneə ilə qarşılaşıb və qəza törədib. Sürücü hadisədən dərhal sonra yolun həmin hissəsinə avtomobillərin girişinin dayandırıldığını qeyd edib.
Musavat.com Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, yolun bağlı hissəsi rəsmi olaraq açılmayıb: "Sentyabrın 24-ü axşam saatlarında 8 noyabr prospekti açıq olmayıb.
Bununla bağlı həmin gün günorta saatlarında rəsmi açıqlama verilib. Ola bilər ki, sürücülərdən biri hər hansı maneəni kənara çəkib yola daxil olub. Bu araşdırılmalı məsələdir. Sözügedən yol bu günə kimi bağlıdır".
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ