İnsanlara hürriyət, millətlərə istiqlal!

90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... - VİDEO

Saatda sürətinin 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edilib.

Musavat.com xəbər verir ki, hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.

Sürücü Elnur Aslanov "Xəzər Xəbərə" deyib ki, ''99-HL-216'' dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən, yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş. Amma ona bir neçə dəqiqədən sonra gedəcəyi ünvana çatdıqda radara düşməsi barədə “sms” gəlib.

Sürücü hesab edir ki, radar onu texniki olaraq səhv salaraq elektron qaydada cərimə edib. O, bununla bağlı polisə də məlumat verəcəyini deyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. Qurumdan bildirildi ki, qeyd olunan məsələ araşdırılacaq. Əgər vətəndaşın qeyd etdiyi xüsusat təsdiqini taparsa bu barədə qanunamüvafiq tədbir görüləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR