İnsanlara hürriyət, millətlərə istiqlal!

80 yaşlı Bayden hansı xəstəliklərdən əziyyət çəkir? - RƏSMƏN AÇIQLANDI

Amerika ictimaiyyətində 80 yaşı olan ABŞ prezidenti Baydenin prezidentlik vəzifəsini yerinə yetirə bilib-bilmədiyi tez-tez gündəmə gəlir.

Musavat.com xəbər verir ki, bu səbəbdən Ağ Ev Baydenin səhhəti ilə bağlı ətraflı məlumatların yer aldığı hesabatını ictimaiyyətlə paylaşıb.

ABŞ prezidentinin həkimi Kevin O'Connor rutin müayinələrdən sonra qeyd edib ki, "80 yaşlı sağlam və cəsarətli bir kişi olan" Baydenin sağlamlıq vəziyyəti onun prezident, baş komandan və dövlət başçısı kimi vəzifələrini yerinə yetirmək üçün uyğundur.

Hesabatda qeyd olunub ki, bu gün Baydenin döş qəfəsindəki lezyon üçün biopsiya aparılıb, lakin nəticələr hələ əldə olunmayıb.

Prezidentin digər müayinələrinin cavabının da normal olduğu bildirilən hesabatda vurğulanıb ki, “son dərəcə ətraflı nevroloji müayinə aparılıb”. Həmçinin bildirilib ki, Baydenin parkinson kimi nevroloji xəstəliyi yoxdur.

Hesabatda, həmçinin Baydendə COVID-19 simptomlarının olmadığı, prezidentin daim boğazını təmizləməsinin səbəbinin mədəsindəki reflü olduğu bildirilib.

ABŞ tarixinin ən yaşlı prezidenti kimi tanınan Bayden 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu, lakin hələ ki, rəsmi olaraq namizədliyini açıqlamadığını bildirib. Sağlamlıq hesabatı ictimaiyyətlə paylaşıldıqdan sonra Baydenin tezliklə namizədliyini açıqlayacağı gözlənilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR