İnsanlara hürriyət, millətlərə istiqlal!

8 ildən sonra əldə edilən UĞURLA bağlı AÇIQLAMA

“Manatın devalvasiyası ehtimalı ilə bağlı müzakirələrin aktivləşməsi fonunda “Fitch Ratings”in 8 ildən sonra suveren reytinqimizi yenidən investisiya dərəcəsinə qaytarması, reytinq üzrə proqnozun isə “stabil” olaraq təyin edilməsi əhəmiyyətli nailiyyətdir. Sözügedən hesabat ölkəmizin makroiqtisadi vəziyyətinin milli valyutanı qorumaq əzmində olması ilə bağlı dəfələrlə səsləndirdiyim proqnozlarımın doğru olduğuna dair ciddi arqumentdir”.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eyyub Kərimli bildirib.

eyyub.jpg (290 KB)

““Fitch Ratings”in ölkəmizin xarici valyuta aktivləri, cari əməliyyat balansı, dövlət borcu və inflyasiya ilə bağlı proqnozları qlobal miqyasda müşahidə olunan durğunluq fonunda Azərbaycanda iqtisadi dayanıqlılığın təmin olunduğunun sübutdur. Bütün bunlar şübhəsiz ki, ölkə başçısının rəhbərliyi altında iqtisadi komandanın makroiqtisadi və monetar siyasət, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun optimal şəkildə idarə edilməsi sahəsində uğurlu islahatlarının bariz təzahürüdür”, - iqtisadçı qeyd edib.

Qeyd edək ki, ötən həftə “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq “BBB” səviyyəsinə, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar verib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR