Onlayn ictimai-siyasi qəzet
"Çinə borclu olan ölkələrin sayı artıb".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Çin borc verdiyi ölkələrdən 2025-ci il ərzində 22 milyard dollara yaxın pul toplamalıdır və söhbət 75 ölkədən gedir:
"Çinə bu qədər borcu toplamaq çətin olacaq. Çünki Çinin borc verdiyi ölkələrin bir qismi kasıb dövlətdir və onlar borclarının tamamını qaytarmaq iqtidarında deyillər. Buna baxmayaraq, Pekin əvvəlkitək borc vermək siyasətindən imtina etmir. Halbuki, Qərb ölkələrinin və beynəlxalq maliyyə institutlarının kasıb ölkələrə borc vermələri üçün ağır şətləri var. Bu səbəbdən kasıb ölkələrin bir qisminin üz tutduğu ünvan Çindir. Ancaq Çindən borc almanın təhlükələri də var.
Müxtəlif ölkələr Çinə olan borclarını qaytara bilmədikdə, bu ölkəyə hansısa ərazilərini və yataqlarını icarə verməklə vəziyyətdən çıxmağa çalışırlar. Misal üçün, Şri-Lanka 2017-ci ildə Çinə olan borcunu qaytara bilmədikdə strateji limanlarından birini 99 illiyinə Çinə icarəyə vermək məcburiyyətində qalıb.
Bu icarəyə görə, Çin Şri-Lankaya 1 milyarda yaxın pul ödəsə də, həmin maliyyə vəsaiti müxtəlif borcların qaytarılmasına yönəlib. Şri-Lanka hələ də Pekinə borcludur. Laos və Malayziya kimi ölkələr də Çinə olan borclarını qaytarmaqda çətinlik çəkirlər. Laos borcunu qaytara bilmədiyinə görə əsas enerji şirkətinin 90 faiz səhmlərini Çinə təhvil vermək məcburiyyətində qalıb.
Bununla Çin Laosun enerji sistemini nəzarət altına alıb. Çin Malayziyada özünün tiktdiyi dəmir yollarına nəzarət edir. Analitiklərin hesablamalarına görə, kasıb dövlətlərin Çinə olan borcu 2016-cı ildə daha da artacaq".
Politoloq bildirib ki, Vaşinqton və Brüssel Çindən borc almanın təhlükələri barədə müxtəlif dövlətləri xəbərdar etsələr də, özləri kasıb ölkələrə heç nə təklif edə bilmirlər:
"Halbuki, ABŞ və Avropa İttifaqı maliyyə imkanlarından istifadə edərək kasıb dövlətlərə yumşaq şərtlər daxilində kreditlər təklif edə bilərlər. Əks halda, Çinin Asiya və Afrikada mövqeləri güclənməkdə davam edəcək".
Xalidə Gəray
Musavat.com
31 May 2025
04:44 Türkiyə və Britaniyanın XİN rəhbərləri Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ