İnsanlara hürriyət, millətlərə istiqlal!

70 sakinin ölümünə səbəb oldu,"alın yazısıdır" dedi...

Son məlumatlara görə, Türkiyədə 10 şəhəri əhatə edən güclü zəlzələ nəticəsində 6 444 bina dağılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həmin binalar keyfiyyətsiz tikinti materialları ilə tikildiyindən təbii fəlakət çoxsaylı insan tələfatına səbəb olub. Qanunsuz olaraq tikilən bina sahibləri məsuliyyətə cəlb olunub.

Onlardan biri "Hasan Alpargün" adlı binanın sahibi Hasan Alpargündür. Polis şöbəsinə aparılan MTK rəhbəri ifadəsində, "Allahdan gələn bir şeydir, alın yazısıdır", - deyə o bildirb.

Onun bu sözləri sosial şəbəkələrdə yayılaraq hiddətə səbəb olub.

Xatırladaq ki, Hasan Alpargünə aid Adanada yerləşən binada 70 Türkiyə vətəndaşı dağıntılar altında qalaraq vəfat edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR