İnsanlara hürriyət, millətlərə istiqlal!

7 fevrala 7 namizədlə - bu gündən etibarən...

Ümid və Haqq Ədalət partiyaları İlham Əliyevin namizədliyini dəstəklədi

Bu gündən etibarən növbədənkənar prezident seçkisində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə başlanır. 

YAP İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

İlham Əliyevdən sonra millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc prezidentliyə namizədliyini irəli sürüb.

Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb - Infoteka.az

Zahid Oruc

Bu barədə Musavat.com-a məlumat verən millət vəkili aşağıdakıları qeyd edib: “Vətən müharibəsindən sonra keçirilən ilk seçkidə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr ”Bütövlük günü"ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni - 4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.

Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çoxəsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə - Zəfər Əsrinə səs veririk!

Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün  davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk.

Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə "yox" deyən hər kəsə minnətdarıq. Onların sayəsində hər şeyi özümüz etdik, etməli olduq".

Zahid Oruc sonda bildirib: “Ən yaxşı rəqabət möhtəşəm ideyalarla, uğurlarla, işlərlə yarışmaqdır! Millətimiz üçün xeyirli olsun!”

Fazil Mustafa güllələndi

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın da prezidentliyə namizədliyi irəli sürülüb. “Yeni Müsavat”a açıqlamasında Fazil Mustafa bildirdi ki, seçki ilk növbədə şansların qiymətləndirilməsindən başlayır. Millət vəkili hesab edir k, əvvəlki illərdən də daha çox şansı olan namizəd təbii ki, Prezident İlham Əliyevdir: “Qarabağ İlham Əliyevin siyasəti nəticəsində azad olunub. Buna görə də Azərbaycan cəmiyyətində bu xidmətinə görə favorit iqtidarın təmsilçisi İlham Əliyevdir. Seçki həm də demokratiya prosesidir. Bu prosesdə fikirlərin, düşüncələrin müzakirəsinə, nöqsanların, problemlərin göstərilməsinə ehtiyac var. Siyasi partiyaların seçki marafonunda iştirak etməklə öz platformasını cəmiyyətə təbliğ edərək rəğbət, dəstək qazanmaq hədəfi var. Biz bütün seçki proseslərində iştirak edirik. Prezident seçkisi spesifik seçki prosesi olduğuna görə qərar partiyadan asılıdır. Müxalifət partiyasının təmsilçisi kimi seçkidə iştirak edib, mövqeyimizi cəmiyyətə çatdıracağıq. Yetərincə dəstək ala biləcəyimizə inanırıq”.  

Ermənilər nəinki Qarabağdan, Ermənistandan da qaçıb, gedirlər" - Elşad  Musayev - YouTube

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də prezidentliyə namizədliyini irəli sürüb. “Yeni Müsavat”a açıqlamasında E.Musayev qeyd edib ki, siyasi partiyanın borcu, vəzifəsi seçkidə iştirak etməkdir. Partiya sədri bildirib ki, seçki elektoratı hərəkətə gətirmək, yeni üzvlər cəlb etmək, eyni zamanda təbliğat imkanı qazanmaq üçün fürsətdir: “2024-cü ildə parlament və bələdiyyə seçkiləri də keçiriləcək. İndi göstərdiyimiz nəticə gələcək seçkilərdə bizə həmiyyətli dərəcədə kömək edə bilər. Seçki prosesi zəif və güclü nöqtələri müəyyən etmək üçün yaxşı fürsətdir. Seçkidə iştirak etməyənlər ölkədə demokratik seçki mühitinə şübhə ilə yanaşırlar. Hesab edirəm ki, siyasi partiyanın borcu həm də bu arqumenti sıfırlamaqdır. Növbədənkənar seçki istənilən zaman keçirilə bilər. Hər bir partiya buna hazır olmalıdır”. 

BAXCP sədri Qüdrət Həsənquliyev də prezident seçkilərində namizədliyini irəli sürəcək. 

Razi Nurullayev prezidentliyə namizəd oldu

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev növbədənkənar prezident seçkisində iştirak edəcək. Bu barədə partiyanın dünən keçirilən iclasında qərar qəbul edilib.

Prezidentliyə namizədliyini irəli sürənlər arasında Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyev də var. O seçkidə müstəqil namizəd kimi iştirak edəcək. Bildirilib ki, artıq “Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb, qərargaha Xəzər Teyyublu rəhbərlik edəcək.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

Qəzetimizə açıqlamasında F.Əliyev bildirdi ki, seçkidə iştirak etmək çox vacibdir: “İndiyə kimi iki dəfə namizəd olmuşam. Düşünürəm ki, seçkilərdə iştirak etmək hər bir siyasətçi üçün üstünlükdür. Seçkiyə getməyənlərin qərarını doğru hesab etmirəm. Bununla belə, etraf etmək lazımdır ki, Prezident İlham Əliyevin şansı daha çoxdur”.   

Bəzi partiyalar isə hələ ki müzakirələri davam etdirirlər. AĞ Partiyanın sözçüsü Cavanşir Abbaslı açıqlamasında bildirdi ki, hazırda partiya daxilində müzakirələr davam edir:

WhatsApp Image 2023-12-19 at 17.59.38.jpeg (162 KB)

“Partiyanın şənbə günü keçirilən iclasında qərara alındı ki, tələsməyək. Bizim 40 min imza toplamaqla bağlı problemimiz yoxdur, kifayət qədər resursumuz var. AĞ Partiya yaxın günlərdə yekun qərarını açıqlayacaq”.

Beləliklə, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb.

AXCP və Müsavat Partiyası isə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə qatılmayacaqlarını bəyan ediblər.

Əli İnsanov İlham Əliyevə məktub YAZDI: “...bunu özümə borc bilirəm\"

Əli İnsanov

Sabiq nazir Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyası fevralın 7-də keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini  dəstəkləyib.

Azərbaycan Milli İstiqlal Partiyası isə prezident seçkisində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul edib. 

AMİP Siyasi Şurası həmçinin qanunvericiliyə müvafiq olaraq seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərar qəbul edib.

Sərdar Cəlaloğlu da koronavirusa yoluxub » Manevr.az

 Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu partiyanın seçkidə iştirak edəcəyini, lakin özünün namizəd olmayacağını deyib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də növbədənkənar prezident seçkisində iştirak etməyəcək. O, açıqlamasında deyib: “Növbədənkənar seçkidə iştirak etmək üçün kifayət qədər imkan və resurlarımız yoxdur. Bu səbəbdən partiya öz namizədi ilə seçkidə iştirak etməyəcək. Lakin bu, seçkini boykot etmək mənasına gəlmir. Dairələrə, məntəqələrə nümayəndələrimizi göndərəcəyik. Seçki kampaniyasını izləyəcəyik”.

Hafiz Hacıyev süni tənəffüs aparatına qoşuldu

Hafiz Hacıyev 

4 dəfə namizəd olan Hafiz Hacıyev də bu il namizəd olmayacaq.

Ümid Partiyası Prezident Əliyevə dəstək verdi Yeni Sabah

Ümid Partiyası

Azərbaycan Ümid Partiyası növbədənkənar prezident seçkisi ilə bağlı qərarını açıqlayıb. Partiyanın yaydığı məlumata görə, partiya prezident seçkisində hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.

İqbal Ağazadə 2008 və 2013-cü il prezident seçkisində  prezidentliyə namizəd olub. Partiya 2018-ci il seçkisində iştirak etməyib. 

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya  təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Seçki Məcəlləsinə əsasən, şəxsin namizədliyini irəli sürə bilməsi üçün 60 fərqli seçki dairəsindən 40 min imza tələb olunur.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR