Onlayn ictimai-siyasi qəzet
Türkiyənin televiziya ulduzu, müğənni Seda Sayan bu dəfə eşq həyatına görə deyil, ağızları açıq qoyan sərvəti ilə gündəmdədir.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 7 dəfə nikah masasına oturan və sonuncu dəfə özündən 25 yaş kiçik musiqiçi Çağlar Öktenlə 2022-ci ildə evlənərək “Şansım yeddinci dəfə döndü” deyən Sayan əslində daşınmaz əmlak kraliçası imiş.
İllərdir televiziyada aldığı yüksək qonorarlar və səhnə gəlirləri ilə tanınan Seda Sayan sərmayə sahəsində də peşəkar imiş.
Sayanın İstanbulun elit bölgələrindən olan Zincirlikuyu və Etilerdə lüks binalarda mənzilləri olduğu üzə çıxıb. Üstəlik, yalnız mərkəzi yerlərlə kifayətlənməyib, ailə üzvləri və qohumlarını da müxtəlif məhəllələrdə ev sahibi edib. Seda Sayanın təkcə İstanbulda 30 mənzil və dükanı var. Bodrumda isə 3 villasının olduğu deyilir.
Sayan yalnız Türkiyədə deyil, dünya miqyasında da daşınmaz əmlak sərmayələri ilə seçilir. Onun London və Mayamidə də evlərinin olduğu bildirilir. Hətta Mayamidəki evinin dəniz mənzərəli olduğu və məşhurlar arasında böyük tələbat gördüyü iddia olunur.
Seda Sayanın yalnız kirayə gəlirlərinin aylıq 500 min TL olduğu deyilir. Başqa sözlə, Sayan səhnəyə çıxmadan da hər ay yarım milyon lirəyə yaxın gəlir əldə edir.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ