İnsanlara hürriyət, millətlərə istiqlal!

657 balla Qarabağ Universitetini seçən gənc tanınmış şairin qızıdır - FOTO

Xəbər verdiyimiz kimi, qəbul imtahanında 657, 1 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcəyini açıqlayıb.

F.İbişova Füzuli rayonu, Qayıdış qəsəbəsi, 7 nömrəli tam orta məktəbin məzunudur.

Musavat.com xəbər verir ki, Yenisabah.az Fidan İbişova ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan F.İbişova məcburi köçkündür. O, Vətən Müharibəsindən bir neçə il əvvəl Füzuli rayonunda inşa olunmuş Qayıdış qəsəbəsində yaşayıb.Orta təhsilini də qəsəbə məktəbində tamamlayıb.

Yüksək nəticə göstərən abituriyent orta məktəbdə oxuduğu illərdə elmə həssas münasibəti ilə seçilib. O, çalışqanlığı və məsuliyyəti ilə sinif yoldaşlarından fərqlənib. Xüsusi istedada sahib olan gənc müəllimlərin sevimlisi olub.

Qeyd edək ki, F.İbişova ziyalın ailəsində doğulub. Onun atası Mirmehdi İbişov ali təhsilli müəllimdir, Füzulidə ən yaxşı pedaqoqlardan biri kimi tanınır.

Mirmehdi İbişov həm dəqələm adamıdır. Mətbuatda Mirmehdi Rəsul imzası ilə çıxış edir. Onun şeirləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR