İnsanlara hürriyət, millətlərə istiqlal!

65 yaşlı kişini döyüb, protezini sındırmışdı - Bu cəzanı aldı

Saray qəsəbəsi, Duz gölü kənarındakı yolda iki sürücü arasındakı mübahisə dava ilə bitib.

Musavat.com xəbər verir ki, 30 yaşlı Rafik ona yol vermədiyi, qəza şəraiti yaratdığı üçün “VAZ 2105” markalı avtomobilin 65 yaşlı sürücüsünü döyərək ona xəsarət yetirib.

Hadisənin baş verməsinə səbəb “VAZ 2105”in sürücüsünün avtomobili ilə Rafikin idarə etdiyi “Toyoto Prius” markalı avtomobilin önünə keçməsi olub.

Rafik bu zaman idarəetməni itirdiyini, qəza şəraitinə düşdüyünü deyib. Bu zaman azyaşlı uşağının başının şüşəyə dəydiyini, xəsarət aldığını, hamilə yoldaşının da həyəcan keçirdiyini bildirib. Buna əsəbiləşən Rafik maşından düşərək sürücüyə yaxınlaşıb və pəncərədən ona yumruq zərbəsi endirib. Sonra da maşınına əyləşərək oradan uzaqlaşıb.

65 yaşlı sürücü ağzındakı protezinin sındığını, xəsarət aldığını deyərək Rafiki bağışlamayıb. Ona ağır cəza verilməsini istəyib.

Rafik bildirib ki, zərərçəkmişlə barışmağa cəhd etsə də, mümkün olmayıb.

Məhkəmənin hökmü ilə Rafiq 2 il müddətinə islah işlərinə məhkum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR